AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTA və AQTİ-nin kollektivi qanvermə aksiyasına qoşulub
23-08-2023 11:54

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) könüllü qanvermə aksiyası təşkil olunub.

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan toplamaq məqsədilə keçirilən aksiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və AQTİ-nin kollektivi iştirak edib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları hər bir donorun sağlamlığını yoxladıqdan sonra qan götürüblər. Toplanan qandan ehtiyacı olan xəstələrin müalicəsi üçün istifadə ediləcək.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır