- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
- “HALAL” sertifikatlaşma məhsulların etibarlı şəkildə istehlak olunmasını təmin edir
- Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?
- VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
- Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Giorgi Surmanidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinın qurulmasından, eyni zamanda AQTİ-nin fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bundan əlavə, İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər haqda ətraflı məlumat verilib, beynəlxalq səriştəlilik sınaqlarında nəzərəçarpacaq nailiyyətlərin əldə olunması diqqətə çatdırılıb.
AQTİ-nin fəaliyyətini yüksək dəyərləndirən nazir Giorgi Surmanidze əməkdaşlığın genişləndirilməsində, xüsusən heyvan sağlamlığı sahəsində elmi-praktik məlumatların mübadiləsində maraqlı olduqlarını vurğulayıb.
Qonaqlar görüş çərçivəsində AQTİ-nin laboratoriyaları ilə də yaxından tanış olublar.