- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda ödənişsiz məlumatlandırma təlimləri təşkil olunacaq. Təlimlər 28.12.2023-29.12.2023-cü il tarixlərində saat 15:00-dan-18:00-dək AQTİ-də keçiriləcək. Təlimlərdə qida zəncirini əhatə edən bütün sahibkarlıq subyektləri və onların əməkdaşları, habelə qida sahəsində fəaliyyət göstərmək istəyən fərdi şəxslər iştirak edə bilərlər. Təlimlərlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (012) 377 00 20 (daxili: 456) nömrəli telefona zəng edə bilərlər.
İnstitutun peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə iştirakçılar HACCP prinsipləri əsasında müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin, eləcə də təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi barədə məlumatlandırılacaq. Həmçinin onlara məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumat veriləcək.