AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
22-05-2023 12:30

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimlər davam etdirilir.

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılara risk əsaslı yanaşma, proses, prosesin optimizasiyası, həmçinin onun metodları, proqramları və üstünlükləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qidanın emalı, daşınması və satışı proseslərində mikrobioloji, fiziki, kimyəvi və allergen risklər yarana bilər. Bu risklərin qarşısını almaq, eyni zamanda məhsuldarlığı və səmərəliyi artırmaqdan otrü isə tətbiq edilən proseslər optimallaşdırılmalıdır. Həmçinin prosesin optimizasiyası üçün bir çox fərqli optimallaşdırma metodlarından müvafiq sahələr üzrə istifadə olunmalıdır.

İnteraktiv formada keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır