AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
22-05-2023 17:40

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu elektronçu-mühəndis vəzifəsi üzrə peşəkar kadrları işə dəvət edir.

İşə qəbul olmaq istəyən şəxslər fizika, kimya mühəndisliyi və elektronika-avtomatika və ya bu sahələrə yaxın ixtisaslar üzrə ali təhsilə, kompüter, eləcə də təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə, həmçinin elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə və elektrik çertyojları ilə sxemlərini oxuma bacarıqlarına malik olmalıdırlar. Eyni zamanda, onlar avadanlıqların işləmə rejimlərini və texniki istismarı qaydalarını bilməlidirlər. İşə qəbul üçün müraciət edən namizədlərdən kimya, eləcə də rus və ingilis dilləri üzrə bilikləri olanlara üstünlük veriləcək.

Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Elektronçu-mühəndis” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. 

Qeyd edək ki, elektronçu-mühəndis avadanlıqların işlək fəaliyyətinin təmin edilməsi, tənzimlənməsi və sazlanması, montajı və quraşdırılması, düzgün texniki istismarının təmin olunması, yoxlanılması və təmiri işlərini həyata keçirməlidir. Həmçinin avadanlıqlara texniki baxışın keçirilməsini və diaqnostika-profilaktika işlərini görməlidir. Eyni zamanda, avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmalı, sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etməlidir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır