AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
01-11-2024 16:30

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqinə başlanması ilə bağlı videoçarx hazırlanıb.

Videoçarxda reytinq təsnifatının aparıldığı 3, 4, 5 ulduz, hər bir ulduz sayı üçün əməl edilməli olan tələblər və ulduza sahib olmağın üstünlükləri barədə ətraflı məlumat verilib. Eyni zamanda vurğulanıb ki, ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün ərzində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.

AQTİ tərəfindən ictimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqinə başlanması ilə bağlı hazırlanan videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: 

 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır