AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ ilə Rusiyanın Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb
2021-07-02 14:25:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiya Federasiyasının Ümumrusiya Heyvanların və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AQTİ-nin İdarə Heyətinin sədri Sadiq Məmmədov və Ümumrusiya Heyvanların və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Elmi-Tədqiqat İnstitutunun rəhbəri Mixail Vladimiroviç Arisov tərəfindən imzalanan memorandumda birgə əməkdaşlıq istiqamətləri üzrə tədqiqat, təcrübə, elmi və metodiki layihələrin hazırlanması və həyata keçirilməsi, elmi və metodiki materiallar, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi öz əksini tapıb.

Anlaşma Memorandumuna əsasən ət, balıq və onların emalı məhsullarının parazitar xəstəliklərə görə baytarlıq-sanitariya ekspertizasının aparılması, parazitar xəstəliklərin diaqnostikası üçün istifadə edilən metodik müayinələrin öyrənilməsi, parazitar xəstəliklərin törədicilərinin müəyyən olunması və digər sahələrdə birgə tədqiqatların aparılması sahəsində uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır