AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ işə qəbul elan edir
23-09-2024 15:11

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Proqram təminatlarının hazırlanması və innovativ həllər şöbəsində proqramçı vəzifəsində çalışmaq istəyən peşəkar kadrları işə dəvət edir.

İşə qəbul olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Ali təhsilli olmalıdırlar;

- PHP (PHP Core, OOP, Laravel) proqramlaşdırma dili üzrə iş təcrübələri olmalıdır;

- MySQL və Git ilə işləməyi bacarmalıdırlar;

- REST API üzrə iş təcrübələri olmalıdır ;

- HTML5, JavaScript, jQuery, Bootstrap kimi frontend texnologiyaları üzrə bilikləri olmalıdır;

- Kod analizi, oxunaqlı və səliqəli kod yazma qabiliyyətinə malik olmalıdırlar;

- Analitik düşünməni və düzgün dəyərləndirmə aparmağı bacarmalıdırlar;

- Tətbiqlərə lazım olduqda, dəyişiklikləri müəyyənləşdirməli və tətbiq etməlidirlər;

- Texniki ingilis dili biliklərinə (dokumentasiyanı oxuyub başa düşmək səviyyəsində) sahib olmalıdırlar;

- Komanda ilə işləməyi, vaxtı düzgün idarə etməyi və analiz aparmağı bacarmalıdırlar; 

- Dəqiq, intizamlı, təşəbbüskar və məsuliyyətli olmalıdırlar.  

Proqramçı vəzifəsinə yiyələnəcək şəxslərin görəcəyi işlər aşağıdakılardan ibarətdir: 

- Yeni proqram təminatının/veb saytın hazırlanması;

- Hazır proqramlarda əlavə və dəyişikliklərin icra olunması;

- Veb saytın inkişaf etdirilməsi.

Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Proqram təminatlarının hazırlanması və innovativ həllər şöbəsinin proqramçısı” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır