- AQTİ bitki yağı nümunəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına start verib
- Laboratoriyalararası səriştəlilik sınağının nəticələri açıqlanıb
- AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib
- Təlimlərdə uğur qazanan sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim edilib
- Abşeron Regional Sınaq Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
- Qida sahəsində gigiyena tələblərinə dair təlimlərə cəlb olunanların sayı artıb
- Belarus nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarını qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırır
- Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri AQTİ-də olublar
- AQTİ işə qəbul elan edir
- İctimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalıdır!
- Salyanda sahibkarlar üçün təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) könüllülər üçün təcrübə proqramına başlayıb.
Proqramın təşkil olunmasında əsas məqsəd qida təhlükəsizliyi sahəsi ilə bağlı ixtisaslara yiyələnən gənclərə dəstək vermək, onların ixtisaslarını daha dərindən öyrənmələrinə və praktiki təcrübə qazanmalarına kömək göstərmək, həmçinin müvafiq sahədə kadr ehtiyatının yaradılmasını təmin etməkdən ibarətdir.
Bu çərçivədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülər arasında seçim aparılıb və fəaliyyətlərində fərqlənən 8 nəfər təcrübə proqramına cəlb olunub. Onlar 3 ay müddətində İnstitutun iş prosesində iştirak edəcək, praktiki təcrübə qazanacaqlar. Eyni zamanda ixtisaslarına uyğun olaraq təlimlərə cəlb ediləcəklər.
Proqramın yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülərin inkişafı istiqamətində tədbirlər görülür. Onlar təcrübə proqramlarına, infoturlara, həmçinin maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb edilirlər. Eləcə də bu çərçivədə ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq qurulur, müvafiq işlər görülür. Könüllülərdən ibarət məlumat bazasının yaradılması və onların mükafatlandırılmasının həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirilir.