- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”ı keçirilib. Tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, sənaye nümayəndələrini, doktorantları və tədqiqatçıları bir araya gətirib.
Beynəlxalq elmi-texniki konfransda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu öz stendi ilə təmsil olunub. Stenddə iştirakçılara İnstitutun fəaliyyətini əks etdirən çap materialları təqdim olunub. Konfrans çərçivəsində AQTİ-nin Normativ-texniki sənədlərin ekspertizası şöbəsinin Pestisid və aqrokimyəvi preparatların normativ-texniki sənədlərinin ekspertizası sektorunun müdiri Nigar Həşimova “Ətraf mühit və sağlam qida: Pestisidlərin ekoloji təsirləri və azaldılması yolları” adlı təqdimatla çıxış edib.
Qeyd olunub ki, pestisidlərin ekoloji təsirlərini minimuma endirmək və ekosistemləri qorumaq üçün alternativ yanaşmaların tətbiqi vacibdir. Makromolekullu birləşmələr və polimer texnologiyaları bu sahədə perspektivli həllər təqdim edir. Eyni zamanda, ənənəvi tərkibli pestisidlərlə müqayisədə təbii tərkibli üzvi pestisidlərin tətbiqi ekosistem üçün daha təhlükəsizdir.
AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Aynur Heydərova “Ətraf mühit və sağlam qidalanma: Qarşılıqlı əlaqə və təsirlər” adlı posterlə çıxış edib. Konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb.
Qeyd edək ki, ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib. Müasir dövr üçün aktual olan və gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən konfrans iki gün davam edib.