AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri özəl laboratoriya əməkdaşlarına təlim keçib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida, heyvan və bitki sağlamlığı sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəmadi təlimlər təşkil edir. Bu istiqamətdə növbəti təlim yeni fəaliyyətə başlayan “Fito Lab” özəl laboratoriyasının əməkdaşları üçün təşkil edilib. Təlim “Bitki və bitkiçilik məhsullarında rast gəlinən zərərverici və fitopatogen xəstəliklərin aşkarlanması və təyini” mövzusuna həsr olunub.

Təlimdə laboratoriya əməkdaşlarına fərdi və ixtisaslarına uyğun olaraq, “Zərərverici həşərat və gənələr”, “Alaq otu və toxumları”, “Fitopatogen nematodların aşkarlanması və morfoloji üsulla təyini”, “Fitopatogen göbələk və bakteriyaların klassik mikrobioloji və molekulyar bioloji üsulla təyini”, “Fitopatogen virus xəstəliklərinin ELISA və PZR cihazları ilə təyini” kimi istiqamətlər üzrə nəzəri və praktiki biliklər verilib. Eyni zamanda özəl laboratoriyanın nümunə qəbulu, keyfiyyətə nəzarət üzrə mütəxəssisləri və laborant vəzifəsində çalışan əməkdaşları da uyğun sahələr üzrə təlimatlandırılıblar.

Bir ay müddətində davam edən təlimin sonunda iştirakçılara AQTİ-nin müvafiq sertifikatları təqdim olunub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır