AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri Almaniyada yerində qiymətləndirmə həyata keçiriblər
06-09-2023 18:22

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesini davam etdirir.

Proses çərçivəsində AQTA tərəfindən Almaniya Federativ Respublikasında yerləşən və ət və ət məhsulları istehsal olunan “OSI Food Solutions Duisburg" və “OSI Food Solutions Günszburg" müəssisələri təsdiq edilib. Bu obyektlər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin yerində apardıqları qiymətləndirmənin nəticəsinə uyğun olaraq təsdiqlənib. Belə ki, qiymətləndirilmə dövründə adıçəkilən müəssisələrin ət qəbulu, eləcə də emal və köməkçi sahələrinə baxış keçirilib. Eyni zamanda obyektlərdə baytarlıq-sanitariya, sanitar-gigiyenik və sanitar-texniki tələblərin təmin edilib-edilməməsi izlənilib. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir. AQTA bir daha sahibkarların nəzərinə çatdırır ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsinə məhdudiyyət tətbiq ediləcək.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır