- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə aparılan mütəmadi təlimlər davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən nəzəri-praktiki təlimin növbəti iştirakçıları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri olublar.
“Tullantıların düzgün idarə edilməsi və nəzarət tədbirləri” mövzusuna həsr olunan təlimdə iştirakçılara gündəlik qida istehsalı sahələrində hava, su, enerji və digər kommunal xidmətlərin təchizatı barədə məlumat verilib. Daha sonra tullantıların və kanalizasiyanın utilizasiyası da daxil olmaqla, dəstəkləyici xidmətlər, avadanlığın yararlılığı və onun təmizləmə, texniki xidmət və profilaktik təmir üçün əlçatanlığı ilə bağlı təqdimat keçirilib. Təlim çərçivəsində tələbələr çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və satın alınan materialların (xammal, kimyəvi maddələr, qablaşdırma və s.) təchizatı prosesləri ilə də yaxından tanış olublar.
Təqdimatlardan sonra qarşılıqlı diskussiya əsasında davam etdirilən təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.