- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri Braziliya və Türkiyədən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida və yem məhsulları idxal edən iki müəssisədə yerində qiymətləndirmə aparıblar.
“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə əsasən aparılan qiymətləndirmə Braziliyada yerləşən “Villa Germania Alimentos” və Türkiyədə fəaliyyət göstərən "Skretting Yem Üretim Ticaret” müəssisələrində həyata keçirilib.
Şirkətlərin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar mütəxəssislər tərəfindən araşdırılaraq təhlil edilib.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, bu müəssisələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən xarici qida obyektləri təsdiqlənmədikdə, bu müəssisələrdən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida və yem məhsullarının idxalına icazə verilmir.