- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) və Göygöl Regional Sınaq Laboratoriyası (GRSL) Rusiyanın Heyvan Sağlamlığı üzrə Federal Mərkəzi və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb. MBL və GRSL dabaq xəstəliyinin A, O, ASİA-1, SAT-1 və SAT-2 tiplərinin ELISA müayinə metodu ilə təyini üzrə keçirilən sınaqda uğurlu nəticə əldə edib.
Qeyd edək ki, MBL və GRSL bundan əvvəl də beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılaraq yüksək nəticələr əldə edib. Bu laboratoriyalar müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyalarıdır. MBL və GRSL-də patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.