AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası dabaq xəstəliyinin təyini üzrə uğurlu nəticə əldə edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza davamlı şəkildə zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency Test) sınaqlarında iştirakı təmin edilir.

Bu fəaliyyət çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Ümumrusiya Heyvan Sağlamlığı üzrə Elmi Tədqiqat İnstitunun, FAO-nun dabaq xəstəliyi üzrə referens mərkəzi hesab olunan, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dabaq xəstəliyi üzrə Referens Laboratoriyasının təşkil etdiyi laboratoriyalararası test programında dabaq (A, O, Asiya-1 tipləri üzrə) xəstəliyinin ELISA müayinə metodu ilə təyinində uğurlu nəticə əldə edib.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək müxtəlif beynəlxalq qurumlar və xarici ölkələr tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.

 

Dabaq xəstəliyi virusuna qarşı anticisimlərin ELISA üsulu ilə təyini üçün müqayisəli testlərin nəticə cədvəli

 

 QN kodları

 

 QN təyin olunan dəyəri

Nəticələrin interpritasiyası

 Nəticələrin uyğunluğu

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası

 FQU VNİİZJ

2022.16.07.01

müsbət, O tipi*

müsbət, O

müsbət, O

uyğun

2022.16.07.02

mənfi

mənfi

mənfi

uyğun

2022.16.07.03

müsbət, Asia-1 tipi

müsbət, Asia-1 tipi

müsbət, Asia-1 tipi

uyğun

2022.16.07.04

müsbət, A, O, Asia-1 tipi

müsbət, A, O, Asia-1 tipi

müsbət, A, O, Asia-1 tipi

uyğun

2022.16.07.05

mənfi (DVXV)

 

 

uyğun

2022.16.07.06

müsbət, Asia-1 tipi

müsbət, Asia-1 tipi

müsbət, Asia-1 tipi

uyğun

 

* “müsbət” – QN-də dabaq xəstəliyi virusuna qarşı A, O, Asia-1 tipli anticisimlər aşkarlanıb.

   “mənfi” - QN-də dabaq xəstəliyi virusuna qarşı anticisimlər aşkar edilməyib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır