AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
29-11-2024 09:57

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsini davam etdirir.

Proses çərçivəsində İnstitutun əməkdaşları Estoniya Respublikasının dondurulmuş balıq və balıq hissələri istehsal olunan "Geirom OÜ" və Latviya Respublikasının yem əlavələri istehsal edilən "Farma Pet Gigi" LTD müəssisələrində yerində qiymətləndirmə fəaliyyəti həyata keçirib. Qiymətləndirmə zamanı adıçəkilən müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib və nəticələr baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim olunub. AQTA tərəfindən nəticələr təhlil edildikdən sonra həmin müəssisəsilər təsdiqlənib və “Xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestri”nə daxil edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsi qadağandır.

 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır