AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin nümayəndə heyəti Türkiyənin Halal Akkreditasiya Qurumunda olub
21-10-2024 15:20

Azərbayacn Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müşaviri Hüseyn Məmmədov və İnstitutun Keyfiyyətə nəzarət departamentinin müdiri Vüqar İsmayılzadə Türkiyənin Halal Akkreditasiya Qurumunda (HAK) olub. Səfər zamanı AQTİ-nin nümayəndə heyəti HAK-ın İdarə Heyətinin sədri Zafer Soylu və HAK-ın digər məsul şəxsləri ilə görüşüb.

Görüşdə Z. Soylu AQTİ-ni beynəlxalq sertifikata yiyələnmə münasibəti ilə təbrik edib. Daha sonra beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bildirilib ki, akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib.

Görüş zamanı halal sertifikatlaşdırma prosesi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb, qarışılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Hazırda həmin xidmət AQTİ tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif olunur.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır