AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyası torpaqda ümumi üzvi karbon müayinəsi xidmətini təklif edir
07-02-2025 17:43

Ümumi üzvi karbon (TOC) torpağın keyfiyyət göstəricilərindən biridir. Münbit torpağa sahib olmaq istəyən hər bir şəxs ilk növbədə torpağın üzvi karbon səviyyəsindən xəbərdar olmalıdır. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasında TOC müayinəsi ən müasir avadanlıqlarla dəqiq və operativ şəkildə aparılır. Müayinələr nəticəsində torpaqda ümumi üzvi karbon səviyyəsi ölçülərək torpağın keyfiyyəti dəyərləndirilir.

Münbit torpaqda TOC səviyyəsi kifayət qədər çox olmalıdır. Torpaqda üzvi karbonun az olması müəyyən olunarsa, müvafiq qulluq işləri həyata keçirməklə torpağı zənginləşdirmək və bol məhsul əldə etmək mümkündür.

Məhz Şamaxı Regional Sınaq Laboratoriyasının apardığı dəqiq müayinələr vətəndaşlara torpağı münbitləşdirmək üçün düzgün istiqamət verəcək.   Torpaqda TOC müayinəsi həyata keçirmək istəyən vətəndaşlar, o cümlədən sahibkarlar Şamaxı rayonu ərazisində - Bakı-Şamaxı-Yevlax şosesi, 120-ci kilometrdə yerləşən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasına müraciət edə bilərlər.

Həmçinin (012) 377 00 20 (daxili: 870) və ya “1003-Çağrı Mərkəzi”nə zəng edərək TOC müayinəsi barədə daha ətraflı məlumat almaq mümkündür.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır