AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ qida mühəndisi ixtisası üzrə işə qəbul elan edir
31-01-2023 12:48

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida mühəndisi ixtisası üzrə peşəkar kadrları işə dəvət edir.

İşə qəbul olmaq istəyən şəxslər qida mühəndisliyi ixtisası üzrə ali təhsilə, HACCP və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə bilik və bacarıqlara, eləcə də risk əsaslı yanaşmaya malik olmalıdırlar. Eyni zamanda onlar sanitar-texniki və sanitar gigiyena qaydalarını, qida sahəsini tənzimləyən yerli qanunvericiliyi və texniki-normativ aktları bilməli, müxtəlif qida məhsullarının istehsalat prosesləri haqqında məlumatlı olmalıdırlar.

İşə qəbul üçün müraciət edən namizədlərdən ən azı 3 il iş təcrübəsi, qida sahəsi üzrə beynəlxalq standartlar, həmçinin rus və ingilis dilləri üzrə bilikləri olanlara üstünlük veriləcək. Namizədlərin kompüter biliklərinin olması isə vacibdir.

Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Qida mühəndisi" yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır