- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
- AQTİ qida məhsullarında “Rəf ömrünün təyini” sınaqlarını həyata keçirəcək
- AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb
- Anım günü ilə əlaqədar olaraq Fəxri xiyaban ziyarət edilib
- AQTİ-də peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verilib
- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida obyektlərində zərərvericilərə qarşı mübarizə tədbirləri” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara zərərvericilər və onların müşahidə edildiyi yerlər, həmçinin ziyanvericilərə qarşı aparılması zəruri olan mübarizə tədbirləri, o cümlədən dezinfeksiya, dezinseksiya və deratizasiya barədə ətraflı məlumat verilib. Eyni zamanda zərərvericilərə qarşı aparılan effektiv nəzarət və önləyici tədbirlər zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyi önə çəkilib. Eləcə də görülən işlərin izlənilməsinin və qeydiyyatının düzgün aparılmasının önəmli olduğu vurğulanıb.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.