AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ tərəfindən qida sahəsində gigiyena tələblərinə dair keçirilən təlimlərdə 2840 nəfər iştirak edib
30-10-2024 14:39

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunan təlimlərdə müvəffəqiyyət  qazanan sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatların təqdim olunması ilə bağlı növbəti görüş keçirilib.

Tədbirdə bildirilib ki, qida sahəsində gigiyena tələblərinə dair təlimlərə cəlb olunanların sayı artmaqdadır. Bu ilin ötən dövründə sözügedən təlimlərdə 417 qida subyektinin 2840 əməkdaşı iştirak edib. Onlardan 2361-i uğurlu, 479-u uğursuz nəticə əldə edib. Həmçinin vurğulanıb ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimlər iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilir. Təlimlərdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılır. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilir. İnteraktiv formada təşkil edilən təlimlərin sonunda iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi testlərlə qiymətləndirilir və sertifikatlaşdırılır. Görüşdə daha sonra qiymətləndirmələr zamanı yüksək nəticə göstərən sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim edilib.

Sertifikata layiq görülən sahibkarlıq subyektlərinin əməkdaşları təlimlərin təşkilinə görə AQTİ-yə təşəkkür edib, qazandıqları bilikləri təmsil olunduqları müəssisələrdə tətbiq edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, qanunvericiliyə əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Bu tələbə əməl edilməməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı  uyğunsuzluq kimi qiymətləndirilir.

Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır