- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- Məktəblilərə qida məhsulları ilə davranış qaydaları barədə məlumat verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə anbarlarda qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidməti təklif edir.
Qiymətləndirmə və dəstək xidməti sahibkarlara qida məhsullarının saxlanması zamanı qüvvədə olan qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinə müvafiq dəstəyi əhatə edir.
Xidmət mal qəbulu prosesinin, nəzarət sisteminin, eləcə də qəbul, yerləşdirilmə, saxlanma zamanı təhlükəsizlik və gigiyena qaydalarının tətbiqi, malların növünə görə yerləşdirilməsi üzrə təlimatın və malların saxlanması müddətinin izləmə prosedurlarının hazırlanması, anbarlarda təmizlik işlərinin və inventarlaşdırmanın təşkili, barkod üzərində məhsulun izləmə sisteminin təmin edilməsi mərhələləri üzrə təşkil olunur. Həmçinin işçi heyətin təlimatlandırılması və məhsul saxlama obyektinin qida təhlükəsizliyi üzrə mövcud normativ texniki hüquqi aktların tələblərinə uyğun olaraq qiymətləndirilməsinin həyata keçirilməsi də bu mərhələlərə daxildir.
Peşəkar mütəxəssislər tərəfindən təklif olunan xidmət müəssisəyə qida təhlükəsizliyi baxımından təhlükələrin yaranma ehtimalının minimuma endirilməsini, yararsız məhsulun anbara daxilolma ehtimalının azadılmasını, saxlama zamanı mal qonşuluğu prinsiplərinin pozulmasına yol verilməməsini, yararlılıq müddəti bitmiş qida məhsullarının anbarda qalma ehtimalının olmamasını həyata keçirməyə imkan verir. Eyni zamanda doğru məlumat əldə etməyin təmin olunmasını, istehlakçı məlumatsızlığının aradan qaldırılmasını, bənzər mallar və ya bənzər kodlara sahib mallar arasındakı qarışıqlığa yol verilməməsini, sürətli məlumat mübadiləsi və məhsul izlənilməsinin təmin edilməsini reallaşdırmağa şərait yaradır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidmətindən istifadə etmək üçün (012) 377 00 20 (daxili 016 və 594) nömrəsilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki dəstək, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri təklif edir.