- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- AQTİ əməkdaşları ADA Universitetinin magistratura proqramları ilə tanış olublar
- AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
- AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
- AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi ilə Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün növbəti təlim Beyləqan rayonunda təşkil edilib.
Beyləqanda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların qatıldığı təlim “Anbar zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda keçirilib. Təlimdə iştirakçılara anbarlarda müşahidə olunan və saxlanılan məhsula ən çox ziyan vura bilən zərərvericilər, eləcə də onların məhv edilməsi üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, anbarlarda zərəvericilərə qarşı vaxtında müvafiq mübarizə tədbirlərinin aparılmaması kifayət qədər məhsul itkisinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Buna görə də anbarlarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir.
Təlim zamanı mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, AQTİ-nin Təlim Mərkəzi ilə AXA-nın Aqrar Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində respublikanın ayrı-ayrı rayonlarında sahibkarlar üçün müxtəlif mövzularda təlimlər keçirilir.