- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- AQTİ əməkdaşları ADA Universitetinin magistratura proqramları ilə tanış olublar
- AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
- AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
- AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Bu çərçivədə İnstitutun həyata keçirdiyi növbəti, bitki yağı nümunəsində ümumi turşuluq və peroksid ədədinin təyini müayinəsi üzrə təşkil edilən səriştəlilik sınağının nəticəsi məlum olub. Səriştəlilik sınağına qatılan 7 laboratoriya tərəfindən İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.