- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. Eyni zamanda HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Eləcə də qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı iştirakçılar HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumatlandırılıb. Həmçinin təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.