- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” mövzusunda maarifləndirici təlim təşkil olunacaq. Təlimin əsas məqsədi iştirakçılara OIC/SMIIC 1:2019 Halal Qida Standartının əsas tələbləri, prinsipləri və uyğunluq üçün tətbiq strategiyaları haqqında geniş məlumat verməkdir. Təlim halal qida istehsalında qida təhlükəsizliyi, gigiyena və keyfiyyət standartlarının qorunması üçün vacib aspektləri əhatə edəcək.
Təlimdə iştirakçılara OIC/SMIIC 1:2019 Standartının əsasları, halal qida konsepsiyasının prinsipləri və onun qlobal bazarlardakı əhəmiyyəti barədə təqdimatlar olacaq. Təlim çərçivəsində iştirakçılar halal qida istehsalı və emal tələbləri ilə əhatəli şəkildə tanış olacaqlar. Təlimdə iştirak edənlər OIC/SMIIC 1:2019 Halal Qida Standartına uyğun istehsal proseslərini idarə etmək və həyata keçirmək üçün lazımi bilik və bacarıqları əldə edəcəklər.
Təlim 18 mart 2025-ci il tarixində saat 11:00-da AQTİ-də (Ünvan: Süleyman Sani Axundov küçəsi 73C) keçiriləcək. İştirak etmək istəyən sahibkarlıq subyektlərinin əməkdaşları ad və soyadlarını, həmçinin işlədikləri müəsissə və telefon nömrələrini qeyd edərək bakhtiyar.abbasov@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Təlimlər barədə (+99470-937-76-73) nömrəli telefona zəng edərək ətraflı məlumat almaq mümkündür.