- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Bakıda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təklif etdiyi layihə və xidmətlər barədə məlumatlandırılıb. Görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qida sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə onların maarifləndirilməsi, müəssisələrin rəqabət qabiliyyətli olması üçün AQTİ tərəfindən atılan addımlardan danışıb.
Görüş çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Seymur Mövlayev sahibkarlara AQTİ-nin yeni “Rəqəmsal Təlim Platforması” haqqında məlumat verib. Bildirib ki, platforma vasitəsilə qida təhlükəsizliyi sahəsində 4 fərqli istiqamətdə onlayn təlimlər təklif olunacaq. Təlim proqramlarını uğurla bitirən şəxslər onlayn imtahanlarda iştirak edərək elektron sertifikat əldə edə biləcəklər. Sahibkarlar üçün iqtisadi cəhətdən də faydalı və daha rentabelli olan təlim platforması iştirakçılara beynəlxalq sertifikatlı ekspertlərdən təlim almaq üstünlüyü qazandıracaq.
Daha sonra AQTİ-nin sahibkarlara təqdim etdiyi layihə və xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “Ulduz-reytinq” layihəsi qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirir. Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. Reytinqin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir.
AQTİ-nin təklif etdiyi HACCP sistemi müəssisələrdə qida təhlükəsizliyini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün nəzərdə tutulub. İnstitutun mütəxəssisləri HACCP sisteminin tətbiqi zamanı proseslərin hər birində müəssisələrə dəstək göstərərək onların istehlakçılara keyfiyyətli və təhlükəsiz qida məhsulları təqdim etməsinə şərait yaradır.
Təqdimatlardan sonra ictimai iaşə müəssisələrinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.