- Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarını maarifləndirir
- Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Nəzarəti Xidməti və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı nümayəndə heyətinə AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, AQTİ tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. İnstitutun tabeliyində olan laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən muasir avadanlıqlarla təchiz edilib, eyni zamanda burada qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub. Dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.
Daha sonra nümayəndə heyəti AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasında olublar. Qonaqlar laboratoriyada fitopatologiya və genomolekulyar diaqnostika, karantin ekspertiza, fitopatologiya və genomolekulyar diaqnostika bölmələrinə baxış keçiriblər, entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizaların aparılması prosesini izləyiblər.