- AQTİ “Azərbaycan Halal Biznes və Turizm Forumu” çərçivəsində təşkil olunan sərgidə iştirak edir
- Şəkidə sahibkarlar üçün təlim keçirilib
- “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər davam edir
- Sahibkarların nəzərinə: Qida və yem məhsullarının qeydiyyatı zamanı sənədlərin ekspertizası üçün AQTİ-yə müraciət etmək lazımdır!
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim keçirilib
- AQTİ-nin nümayəndəsi AEBA-nın sessiyasında iştirak edib
- AQTİ laboratoriyası İngiltərədə keçirilən beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- AQTİ-nin mütəxəssisləri Qazax-Tovuz regionunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib
- Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb
- AQTA-nın kollektivi Zəfər parkını ziyarət edib
- EPPO-nun baş direktoru AQTİ-də olub
- AQTİ-yə media-tur təşkil olunub
Özbəkistan Respublikasında qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub.
Görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində uğurlu addımlar atılıb. Qeyd olunub ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğur və nailiyyətlər əldə edib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçiriblər. Qonaqlara həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb.
Səmimi görüşə görə təşəkkür edən özbəkistanlı iş adamları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.