- “Peşəkarlarla görüş”də saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması barədə danışılıb
- “Peşəkarlarla görüş”də saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması barədə danışılıb
- Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib
- “Təlim saatı”nda qida istehsalı sahəsində risklərin qiymətləndirilməsi barədə danışılacaq
- “Təlim saatı”nda qida istehsalı sahəsində risklərin qiymətləndirilməsi barədə danışılacaq
- AQTİ mütəxəssisləri sahibkarlıq subyektinin əməkdaşlarına təlim keçib
- AQTİ mütəxəssisləri sahibkarlıq subyektinin əməkdaşlarına təlim keçib
- AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb
- AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb
- Qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqinə dair təlim keçirilib
- “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda növbəti təlim keçirilib
- “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda növbəti təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları" mövzusunda keçirilib.
Tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Daha sonra qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlara pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması barədə məlumat verilib. Eyni zamanda iştirakçılar pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı diqqət yetirilməli olan məsələlər, düzgün daşınma və saxlanma qaydaları, təhlükəsizlik tədbirləri, həmçinin onların yanlış istifadə nəticəsində insan orqanizmində və ətraf mühitdə yarada biləcəyi risk faktorları və yetişdirilən məhsulların keyfiyyət göstəricilərinə təsirləri haqqında məlumatlandırılıb. Bundan başqa, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, aqrokimyəvi maddələrin və onların qablarının geri alınması, zərərsizləşdirilməsi, məhv edilməsi, həmçinin istehsal edilən bitkiçilik məhsullarının Avropa bazarına çıxarılması üçün həmin sahədə pestisid və aqrokimyəvi maddələr dövriyyəsinin təşkili qaydaları sahibkarlara videomateriallar əsasında izah olunub.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.