- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
- AQTİ qida məhsullarında “Rəf ömrünün təyini” sınaqlarını həyata keçirəcək
- AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb
- Anım günü ilə əlaqədar olaraq Fəxri xiyaban ziyarət edilib
- AQTİ-də peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verilib
- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlim İnstitutun mütəxəssisləri tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təşkil edilib. Ödənişsiz keçirilən təlimdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat verilib. Həmçinin təlimə qatılan şirkət əməkdaşları qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və digər məsələlər barədə məlumatlandırılıb.
Qeyd edək ki, xarici ölkələrin təcrübəsinə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Bu iş şirkət daxilində və ya digər yerlərdə təşkil oluna bilər. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.