- AQTİ “Azərbaycan Halal Biznes və Turizm Forumu” çərçivəsində təşkil olunan sərgidə iştirak edir
- Şəkidə sahibkarlar üçün təlim keçirilib
- “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər davam edir
- Sahibkarların nəzərinə: Qida və yem məhsullarının qeydiyyatı zamanı sənədlərin ekspertizası üçün AQTİ-yə müraciət etmək lazımdır!
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim keçirilib
- AQTİ-nin nümayəndəsi AEBA-nın sessiyasında iştirak edib
- AQTİ laboratoriyası İngiltərədə keçirilən beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- AQTİ-nin mütəxəssisləri Qazax-Tovuz regionunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib
- Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb
- AQTA-nın kollektivi Zəfər parkını ziyarət edib
- EPPO-nun baş direktoru AQTİ-də olub
- AQTİ-yə media-tur təşkil olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
AQTİ-nin Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlimi “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edib.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində 309 qida subyektinin 1743 əməkdaşı gigiyena tələblərinə dair təlimlərdə iştirak edib. İştirakçılardan 1473-ü uğurlu nəticə göstərərək, sertifikatlarla təmin olunub, 270 iştirakçı isə uyğunsuz nəticə əldə edib.
Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.