AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Təlim saatı”nda qida istehsalı sahəsində risklərin qiymətləndirilməsi barədə danışılacaq
27-03-2023 17:23

29 mart 2023-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsini, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.

Budəfəki buraxılışda qida istehsalı sahəsində risklərin qiymətləndirilməsindən bəhs olunacaq.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Elvin Sadıqova ünvanlaya bilərsiniz.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır