- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin (FGBU VGNKİ) direktor müavini Aleksey Tretyakov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevlə görüşən qonaq Mərkəzin direktoru Antonov Yevgeni Vyaçeslavoviçin salamlarını çatdırıb.
Görüş zamanı Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin gördüyü işlərlə bağlı geniş təqdimat olub.
Qeyd olunub ki, FGBU "VGNKİ" Rusiya ərazisində heyvanlar üçün yem, baytarlıq və sanitariya məhsullarının təhlükəsizliyini təmin etməklə, heyvan sağlamlığının qorunmasında dövlət siyasətini həyata keçirir.
AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev Azərbaycanda heyvan sağlamlığı sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə heyvan xəstəlikləri ilə mübarizə sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verir. Bu baxımdan hər iki qurum arasında faydalı əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
Görüşdə maraq doğuran bir-sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, vaksinlərin keyfiyyətinin yoxlanılmasında beynəlxalq üsulların tətbiqi məsələləri müzakirə olunub. Bu sahədə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin "VGNKİ" tərəfindən həyata keçirilən laboratoriyalararası sınaqlarda iştirak etməklə, təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.
Sonra Aleksey Tretyakov AQTİ-nin laboratoriyalarına baxış keçirib, burada müasir standartlara uyğun həyata keçirilən müayinələrlə yaxından tanış olub.