arrow

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu
22-12-2021 14:40

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumda pedaqoji, elmi-tədqiqat işlərinin və müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, müvafiq sahələrdə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin AQTİ-də aparılan elmi tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanışlığı, eləcə də  digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yerli, regional və beynəlxalq tədbirlərinbirgə təşkili, həmçinin qarşılıqlı maraq doğuran digər məlumat mübadiləsi planlaşdırılır.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və təcrübə mübadiləsini gücləndirməkdir.