arrow

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Belarus Respublikasının “Heyvandarlıq İnformasiya Sistemləri Mərkəzi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Belarus Respublikasının “Heyvandarlıq İnformasiya Sistemləri Mərkəzi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu
24-05-2022 15:33

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Belarus Respublikasının “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında “Azərbaycan Respublikası ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Memorandum tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi üzrə təcrübə və məlumat mübadiləsi, təcrübənin təşviqi məqsədilə mütəxəssislərin qarşılıqlı ziyarətləri ilə bağlı məsələləri əhatə edir. 

Sənəddə Azərbaycan ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi, eləcə də iki ölkə arasında informasiya sistemlərinin inteqrasiyası üzrə məsləhətləşmələrin aparılması, metodiki kömək göstərilməsi kimi istiqamətlər də yer alıb