AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Mal-qaranın kəsimi zamanı zəruri qaydalar
07-07-2020 11:11

Mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir.
Mal-qaranın kəsimi zamanı zəruri qaydalar:
- Heyvanın saxlanıldığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı
- Kəsimə aparılan heyvan düzgün daşınmalı
- Baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli
- Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı
- Kəsim prosesinə cəlb olunmuş işçi heyət fərdi mühafizə vasitələri ilə təmin olunmalı
- Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli
- Kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli
- Əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı
- Saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı
- Ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalı
Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır