AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına start verilib
22-05-2024 15:57

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi (KTMN) arasında təlim-təcrübə proqramının icrasına başlanıb. Əldə olunmuş razılığa əsasən, cari il ərzində İnstitutun Elmi Araşdırmalar Mərkəzi (EAM) ilə Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları üçün KTMN tərəfindən ödənişsiz təlimlər təşkil olunacaq. Təlimlərin bir hissəsinin Azərbaycanda, digər hissəsinin Türkiyədə keçirilməsi planlanlaşdırılıb.

Bu çərçivədə ilk təlimlər AQTİ-də “Pestisidlər və çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsi” mövzusunda təşkil olunub. KTMN-in mütəxəssisləri Zeyneb Esin Kaya və Serab Hancı tərəfindən keçirilən təlimlərdə EAM  və AEM-in əməkdaşları iştirak edir. Təlimlər zamanı iştirakçılara pestisidlər ve çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsinin əsasları və qiymətləndirmənin aparılması üsulları, eləcə də müvafiq sahə ilə bağlı Türkiyə təcrübəsi barədə ətraflı məlumat verilir. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.

“Pestisidlər və çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsi” mövzusunda keçirilən təlimlər mayın 24-də başa çatacaq.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır