AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Belarus Respublikasının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
13-04-2023 10:50

Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və qida nəzarəti departamentinin direktoru Smilqin İvan İvanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Görüşdə qonaqlar İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb, ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə məlumat verilib. Eyni zamanda görüş zamanı iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq perspektivlərindən bəhs olunub, baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, heyvan sağlamlığının təmin edilməsi və heyvanların identifikasiyası sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması üçün effektiv profilaktik peyvəndləmə işlərinin və bu sahədə təcrübə mübadiləsinin aparılmasına, eləcə də baytarlıq preparatlarının, yem və yem əlavələrinin ekspertizasına, sınaqdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və digər məsələlərə dair geniş müzakirələr aparılıb. 

Daha sonra AQTİ-nin fəaliyyətinə dair təqdimat nümayiş etdirilib. Ardınca nümayəndə heyəti İnstitutun nəzdindəki laboratoriyalarla tanış olub. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti AQTİ-nin laboratoriyalarında yaradılan şəraiti yüksək qiymətləndirib. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır