- AQTİ-nin əməkdaşı Çində keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin əməkdaşı Çində keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin əməkdaşları beynəlxalq seminarda iştirak edib
- AQTİ-nin əməkdaşları beynəlxalq seminarda iştirak edib
- AQTİ-nin nümayəndə heyəti ÜHST tərəfindən Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
- AQTİ-nin nümayəndə heyəti ÜHST tərəfindən Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
- 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
- 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Avropa və Mərkəzi Asiyada ana südü ilə qidalanmanın qorunması üçün Beynəlxalq Kodeksin tətbiqi, monitorinqi və icra sistemlərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə İnstitutun Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Pirinççi Ercan və Hüquqi təminat şöbəsinin əməkdaşı Ləman Kərimova qatılıb. Onlar seminarda Özbəkistan, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan və digər ölkələrin nümayəndələri ilə birlikdə ana südünə dair aparılan müzakirələrdə iştirak edib, ÜST və UNICEF-in mütəxəssisləri tərəfindən təqdim olunan təqdimatları dinləyib, fikirlərini bildiriblər.
Qeyd edək ki, tədbirdə körpə və uşaqlar üçün hazırlanan qida məhsullarının satışının təşviqinin dayandırılmasına, onların qidalanması ilə bağlı yerli qanunların zəif və güclü tərəflərinə toxunulub. Süni qida məhsullarının reklamına qoyulan və uşaq qida məhsullarının etiketlənməsinə dair tələblər nəzərdən keçirilib. Süni qida məhsulları ilə müqayisədə ana südünün üstünlüyünün təbliğ edilməsi, qida sahəsində sənayə müdaxiləsi ilə bağlı mövcud boşluqlar və bu boşluqların qarşısının alınması məqsədilə zəruri mexanizmlərin formalaşdırılması, eləcə də Ana Südü Əvəzedicilərinin Marketinqinin Beynəlxalq Kodeksinin icrası üçün analogiya kimi istifadə edilə bilən milli qanunlar ətrafında fikir mübadiləsi aparılıb.