- AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Ukraynanın Baytarlıq Preparatları və Yem Əlavələrinə Nəzarət Elmi Tədqiqat İnstitutu arasında memorandum imzalanıb
- AQTİ ilə Litvanın müvafiq qurumu arasında əməkdaşlığa dair sənəd imzalanıb
- Qida Təhlükəsizliyi İnstitutu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
- AQTİ ilə Belarusun Eksperimental Baytarlıq İnstitutu Respublika Elmi-Tədqiqat Unitar Müəssisəsi arasında anlaşma memorandumu imzalanıb
- AQTİ ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
- Qida Təhlükəsizliyi İnstitutu ilə Bilik Fondu Arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumda bitkiçilik üzrə tədris imkanlarının inkişaf etdirilməsinin və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti nəzərə alınaraq tərəflər arasında birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində bitki sağlamlığı sahəsində müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, bitki və bitkiçilik məhsullarının risk təhlükəsinin müəyyən edilməsi, pestisid qalıqlarının izlənmə sisteminin qurulması, həmçinin aqrokimyəvi maddələrin tətbiqi istiqamətində bilik və bacarıqların mübadiləsi planlaşdırılır.
Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.