- AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Ukraynanın Baytarlıq Preparatları və Yem Əlavələrinə Nəzarət Elmi Tədqiqat İnstitutu arasında memorandum imzalanıb
- AQTİ ilə Litvanın müvafiq qurumu arasında əməkdaşlığa dair sənəd imzalanıb
- Qida Təhlükəsizliyi İnstitutu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
- AQTİ ilə Belarusun Eksperimental Baytarlıq İnstitutu Respublika Elmi-Tədqiqat Unitar Müəssisəsi arasında anlaşma memorandumu imzalanıb
- AQTİ ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
- Qida Təhlükəsizliyi İnstitutu ilə Bilik Fondu Arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Polşa Respublikasının Milli Baytarlıq Araşdırma İnstitutu arasında arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, iki qurum arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Memorandumun əsas məqsədi heyvan sağlamlığının və rifahının təmin olunması, insan və heyvan sağlamlığına təhlükə yarada bilən zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinə dair məlumat mübadiləsi, qarşılıqlı maraq kəsb edən problemlərin araşdırılması və tədqiqi sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Həmçinin memoranduma əsasən heyvan xəstəlikləri (bakterial, viral və s.) üzrə elmi tədqiqatlar və müasir laborator-diaqnostik müayinələr, heyvan mənşəli qidaların gigiyenasına və heyvan yemi gigiyenasına nəzarət qaydaları, müasir diaqnostik üsullar və heyvan mənşəli məhsulların baytarlıq müayinəsi, heyvanların yoluxucu xəstəlikləri üçün diaqnostik analizlərin təsdiqlənməsi və qarşılıqlı maraq kəsb edən digər istiqamətlər üzrə təcrübə mübadiləsi planlaşdırılır.