AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib
28-06-2024 15:22

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.

Bu istiqamətdə AQTİ-nin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. Onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə təşkil edilib.

Qeyd edək ki, AQTİ tərəfindən “Qida məhsullarının daşınması və çatdırılması xidməti” və bu kimi qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığına dair mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003 – Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır