- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən ictimai iaşə sahələrinin əməkdaşlarına “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunması” mövzusunda keçirilib. Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, “FIFO” prinsipi mexanizminə əsaslanaraq ərzaq dövriyyəsində izlənəbilərliliyinin gücləndirilməsi, istehsal və xidmət mərhələsində riski meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərin neqativ fəaliyyətinə dair monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin və işçilərin obyektlərinin planlaşdırılması və s. haqqında ətraflı məlumat verilib.
Eyni zamanda təlim iştirakçıları hava, su, enerji və digər kommunal xidmətlərin təchizatı, tullantıların və kanalizasiyanın utilizasiyası da daxil olmaqla dəstəkləyici xidmətlər, avadanlığın yararlılığı və onun təmizləmə, texniki xidmət və profilaktik təmir üçün əlçatanlığı, inqrediyentlər, çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və satın alınan materialların (xammal, kimyəvi maddələr, qablaşdırma və s.) təchizatı prosesilə əyani formada yaxından tanış olublar.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib