AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin mütəxəssisləri Şamaxıda sahibkarlıq subyektinin əməkdaşlarını HACCP prinsipləri barədə məlumatlandırıb
08-07-2024 10:30

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Tədbirlər çərçivəsində AQTİ tərəfindən “Yeni Şamaxı Hotel Company” MMC-də 4 gün müddətində “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda təlim, həmçinin müvafiq qiymətləndirmə və məsləhət xidmətləri təşkil edilib. İnstitutun peşəkar mütəxəssisləri təlimdə iştirakçılara qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumat verib. Eləcə də onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah olunub. Həmçinin sahibkarlıq subyektinin əməkdaşları məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumatlandırılıb. İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə zamanı müvəffəqiyyət qazananlara sertifikatlar təqdim edilib.

AQTİ-nin mütəxəssisləri təlim keçməklə yanaşı, müəssisənin saxlanma anbarlarının, eləcə də mətbəx, malın qəbulu və qidanın emalı sahələrinin HACCP prinsiplərinə uyğunluğunu qiymətləndirib, müvafiq məsləhətlər veriblər.

Qeyd edək ki, AQTİ tərəfindən HACCP və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək, həmçinin İnstitutun qiymətləndirmə və məsləhət xidmətlərindən yararlanmaq istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır