- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimlərə başlayır.
AQTİ-də peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələr, onların materialı və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək. Həmçinin təlimlərə qatılan şəxslər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.
Qeyd edək ki, təlimlərlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (012) 565 12 72 (daxili: 907) nömrəli telefona zəng edə bilərlər. Təlimlərin sentyabrın 11-dən etibarən başlanması nəzərdə tutulur.