- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə üzrə növbəti “Təcrübə mübadiləsi” “Şərab istehsalında müasir texnologiya və dünya standartlarının tətbiqi və nəticələri" mövzusunda reallaşdırılıb. Bu çərçivədə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri üçün Şamaxı rayonunda yerləşən “Şirvan şərabları” zavoduna infotur təşkil edilib.
İnfotur zamanı əvvəlcə şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda şərab məhsullarının istehsalının və ixracının artırılması imkanları müzakirə edilib.
Görüşdən sonra “Şirvan şərabları” zavodunda şərab istehsalı prosesi və laboratoriya ilə tanışlıq olub, həmçinin şərabçılıq məhsulları dequstasiyadan keçirilib. İştirakçılara yeni istehsal metodları və qabaqcıl istehsalat təcrübələri barədə məlumat verilib.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.