AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Sahibkarlarla Əməkdaşlıq Şöbəsinin fəaliyyət istiqamətləri
14-05-2020 15:54

Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların nəticəsi olaraq sahibkarlığın iqtisadiyyatda rolu ilbəil artır. Sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması, bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi prosesin tərkib hissəsidir. Bu sahədə davamlı inkişafın təmin olunması üçün sahibkarlarla sıx əməkdaşlıq şəraitinin qurulması vacibdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu öz vəzifələrini, hüquqlarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yanaşı, digər hüquqi və fiziki şəxslərlə də qarşılıqlı fəaliyyət göstərir.

İnstitutun Sahibkarlarla Əməkdaşlıq Şöbəsinin fəaliyyət istiqamətləri:

- Müraciətlərin qəbulu və qeydə alınması sahəsində işlərin təşkili (müqavilə əsasında xidmətlərin göstərilməsi);

- Müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq layihələndirilməsi və konsaltinq xidməti;

- Normativ-texniki sənədlərə dair müraciətlərə baxılması və işin icrasına köməklik göstərilməsi;

- Müxtəlif qida məhsullarından nümunə götürmə xidmətinin təşkili;

- Norma və standartlarla bağlı müraciətlərə baxılması və işin icrasına dəstək verilməsi;

- Qida sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır