- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- AQTİ “Ulduz-reytinq” layihəsi ilə bağlı maarifləndirmə aparır
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
- Naftalanda sahibkarlıq subyektlərinin əməkdaşlarına “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risklərin qiymətləndirilməsi qaydaları” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP risk əsaslı yanaşmanı tətbiq edir, qida məhsullarına ola biləcək təhlükələrin və risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. Təlim zamanı iştirakçılara risklərin qiymətləndirilməsi qaydaları da izah edilib və bu məsələ ilə bağlı nümunələr göstərilib. Eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.